“Ralli Estonia” avtomobil yarışları bu il sentyabrın əvvəlində keçiriləcək.“BNS” informasiya agentliyi xəbər verir ki, bunu Estoniyanın Mədəniyyət naziri Tınis Lukas mətbuat konfransında açıqlayıb.“Ralli olduqca təhlükəsiz şəraitdə keçiriləcək. Lakin azarkeşlərin iştirakı ilə bağlı qərarlar zamanı gəldikdə qəbul ediləcək”, – deyə T. Lukas söyləyib.Estoniyanın Baş Naziri Yuri Ratas yarışın ölkəsi üçün olduqca mühüm tədbir olduğunu qeyd edərək deyib: “Hesab edirəm ki, idmançılardan hazırda olduqları ölkələrdə analiz götürmək məqbul olardı. Analizin nəticəsinin neqativ olması idmançıların 14 gün ərzində karantində qalmamasını təmin edəcək”.Estoniyada ilk dəfə təşkil olunacaq “Rally Estonia” avtomobil yarışları üzrə dünya çempionatının mərhələsi sentyabrın 4-6-da Tartu, Otepya, Elva, Kanepi və Kambya şəhərlərinin traslarında keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…