İspaniyada klassik ralli üzrə dünya çempionatının 11-ci mərhələsi keçirilib.Azərbaycan Avtomobil Federasiyasından Azərtac-a bildirilib ki, Kataloniya dövrələrində təşkil olunan yarışda əsas mübarizə “Citroen” və “M-Sport” komandalarının nümayəndələri arasında gedib. Birinciliyi britaniyalı pilot Kris Mik bayram edib. Marşrutu 3 saat 1 dəqiqə 21,1 saniyəyə qət edən “Citroen” təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.“M-Sport” kollektivindən Sebastyen Ojye (+28 saniyə) və Ott Tyanak (+33 saniyə) müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.Bu mərhələdən sonra şəxsi hesabda liderlik 198 xalla S.Ojyeyə məxsusdur. O.Tyanak 161 xalla ikinci, “Hyundai Motorsport”un belçikalı üzvü T.Nevil 160 xalla üçüncü yerdədir.Növbəti mərhələ oktyabrın 26-29-da Böyük Britaniyada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…