Rapid üzrə Avropa çempionatı davam edir

6 Dekabr 2019 14:14

Xəbər 506 dəfə oxunub

Estoniyanın paytaxtı Tallinndə rapid üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, ölkəmizi qitə çempionatında təmsil edən Qədir Hüseynov, Rauf Məmmədov və Rəfael Bayramlı bu gün rapid turnirinin son 6 turunda mübarizə aparacaqlar.Qitə çempionatı çərçivəsində keçirilmiş 7 turun nəticəsinə görə, Q.Hüseynov və R.Məmmədov 6 xalla liderlər qrupundadırlar. R.Bayramlı isə 3 xal toplayıb.İki gün davam edən turnirə 34 ölkədən 474 şahmatçı qatılıb ki, onlardan da 47-si qrossmeysterdir.xeber100.com