Rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində

1 İyul 2020 10:25

Xəbər 1051 dəfə oxunub

İyunun 30-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında yarımfinal oyunlarının ilk matçları keçirilib.Azərtac xəbər verir ki, hollandiyalı Aniş Giri rusiyalı şahmatçı Yan Nepomnyaşini 3:1 hesabı ilə məğlub edib. Maqnus Karlsen isə tay-brekdə çinli Liren Dinq üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.xeber100.com