Rapid və blits üzrə dünya çempionatı keçiriləcək

18 Dekabr 2019 09:26

Xəbər 586 dəfə oxunub

Dekabrın 26-dan 30-dək Moskvada rapid və blits üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, dünya çempionatında Azərbaycanı 10 şahmatçı təmsil edəcək.Kişilər arasında Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov, Rauf Məmmədov, Namiq Quliyev, Aydın Süleymanlı mübarizə aparacaqlar. Qadın şahmatçıların yarışında isə Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva iştirak edəcəklər.xeber100.com