“Real” basketbol klubu “Klivlend”in mərkəz oyunçusunu tansfer edib

11 İyul 2020 17:33

Xəbər 618 dəfə oxunub

“Real” basketbol klubu “Klivlend”in mərkəz oyunçusu Ante Jijiçi tansfer edib.Azərtac xəbər verir ki, mövsümün sonunda Ohayo klubu ilə müqavilə müddəti bitəcək 23 yaşlı basketbolçu azad agent statusu ilə Madrid klubuna keçəcək.Xorvatiyalı basketbolçu 2016-cı ildə “Boston” tərəfindən draft edilib. 2017-ci ildən “Kavalyers”in heyətində çıxış edən Jijiç bu mövsüm keçirdiyi 22 görüşdə hər oyuna orta hesabla 4,4 xal və 3 ribaundla yadda qalıb. Bu günədək Jijiç MBA-da 113 oyuna çıxıb.xeber100.com