“Real” futbol klubu “Arsenal” komandasına qalib gəlib

24 İyul 2019 11:37

Xəbər 451 dəfə oxunub

İspaniyanın “Real” klubu Beynəlxalq Çempionlar Kubokunun matçında İngiltərənin “Arsenal” komandasına qalib gəlib. ABŞ-ın Merilend ştatının Lendover şəhərində keçirilən oyunun əsas vaxtı 2:2 hesabı ilə bitib. 11 metrlik zərbələri Zinəddin Zidanın yetirmələri daha dəqiq yerinə yetiriblər – 3:2.Azərtac xəbər verir ki, Madrid klubu görüşün gedişində iki qol geridə qalırmış. Qolları “Arsenal”ın heyətində Aleksandr Lyakazett (10-cu dəqiqə – penalti) və Pyer-Emerik Obameyanq (24-cü dəqiqə) vurublar. “Real” komandasında isə Qaret Beyl (56-cı dəqiqə) və Marko Asensio (59-cu dəqiqə) qolla qeydə alınıblar. Həmçinin komandalar qırmızı kartlarla da mübadilə aparıblar: 5-ci dəqiqədə madridlilərin müdafiəçisi Naço, 40-cı dəqiqədə isə londonluların müdafiədə oyunçusu Sokratis Papastatopulos meydanı tərk ediblər.“Real”ın penalti seriyasında İsko, Rafael Varan və Vinisius Junior dəqiq zərbə endiriblər, bu, təkcə Beyldə alınmayıb. “Arsenal”ın heyətində Reyss Nelson və Bukayo Saka dəqiq zərbə yerinə yetiriblər, Qranit Caka, Naço Monreal və Robbi Börton isə komandanın ümidlərini doğrultmayıblar.Yoldaşlıq turnirində, həmçinin İngiltərənin “Mançester Yunayted” və “Tottenhem”, İtaliyanın “Yuventus”, “Fiorentina”, “Milan” və “İnter”, Meksikanın “Qvadalaxara”, Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” komandaları iştirak edirlər. Oyunların əsas hissəsi ABŞ-da keçirilir. Görüşləri, habelə Sinqapur, İngiltərə, Uels, Çin və İsveç qəbul edir.Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Əgər oyunun əsas vaxtı heç-heçə ilə başa çatırsa, o zaman qalib penalti seriyasında müəyyən edilir. Belə halda qalib komanda iki, uduzan komanda isə bir xal qazanır.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02