“Real” futbol klubu yeni müqavilə imzaladığını bəyan edib

9 May 2019 15:53

Xəbər 644 dəfə oxunub

“Real” “adidas” şirkəti ilə yeni müqavilə imzaladığını bəyan edib.Milli.az xəbər verir ki, yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.Bu, madridlilərin adıçəkilən şirkətlə 3-cü sözləşməsidi. Belə ki, Almaniya şirkəti 1998-ci ildən bəri “Real”a sponsorluq edir və anlaşma 10 ildən bir yenilənir. Bu müddət ərzində “kral klubu” 29 titul qazanıb ki, bunun 6-sı Çempionlar Liqası kuboku olub.Müqavilənin maliyyə şərtləri açıqlanmasa da, İspaniya nəhənginin bundan təxminən 1,5 milyard avro gəlir götürəcəyi bildirilir.xeber100.com