“Real Madrid” “Bavariya”nı 6:3 hesabı ilə məğlub edib

19 Aprel 2017 11:05

Xəbər 1041 dəfə oxunub

Aprelin 18-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin digər oyununda “Real Madrid” komandası “Bavariya”nı iki oyunun nəticəsinə görə 6:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.Azərtac xəbər verir ki, ilk oyunda Münxendə “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olan “Bavariya” cavab qarşılaşmasında dönüş yaratmaq üçün təşəbbüsü ələ almağa çalışıb. Lakin komandaların səylərinə baxmayaraq, birinci hissədə qapılara top vurulmayıb.Matçda hesabı münxenlilər açıblar. Oyunun 53-cü dəqiqəsində “Real Madrid” komandasının qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Robert Levandovski adını tabloya yazdırıb – 1:0.Bu qol oyunun tempinin daha da artmasına səbəb olub. Matçın 76-cı dəqiqəsində “Bavariya”nın cərimə meydançasına hava ötürməsindən sonra müdafiəçilərinin səhvindən istifadə edərək əla mövqe seçən Kriştiano Ronaldo topa başla dəqiq zərbə vurub – 1:1.Bir sözlə, “Real Madrid” iki oyunun nəticəsində görə 6:3 hesabı ilə qalib gələrək “Atletiko Madrid”dən sonra UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.UEFA Çempionlar Liqasının digər yarımfinalçıları isə aprelin 19-da “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya Dortmund” görüşlərinin nəticəsində məlum olacaq. Xatırladaq ki, ilk görüşdə “Barselona” səfərdə 0:3, “Borussiya Dortmund” isə doğma meydanda 2:3 hesabı ilə məğlub olub.xeber100.com