Aprelin 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, dörddəbir final mərhələsinin ən maraqla gözlənilən oyunu “Bavariya” və “Real Madrid” klubları arasında olub. İlk hissəni “Bavariya” klubu 1:0 öndə başa vurub. Oyunun 25-ci dəqiqəsində hesabı açan Arturo Vidal birinci hissənin sonlarına yaxın “Real Madrid” klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.İspaniya təmsilçisi ikinci hissəyə qolla başlayıb. Oyunun 47-ci dəqiqəsində Kriştiano Ronaldo qonaq komandanın bərabərlik qolunu vurub. Qarşılaşmanın 61-ci dəqiqəsində isə Kriştiano Ronaldoya qarşı kobudluq edən Xavier Martinez qırmızı vərəqə alaraq meydan sahiblərini çətin vəziyyətə salıb. On nəfərlə mübarizə aparan “Bavariya” klubu oyunun 77-ci dəqiqəsində qapısından daha bir qol buraxıb. Kriştiano Ronaldo topu Manuel Noyerin ayaqları arasından tora göndərib. Qarşılaşma 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.Turun digər qarşılaşmasında Madridin “Atletiko” klubu doğma meydanda son illərin sürpriz komandası olan “Lester Siti”ni 1:0 hesabı ilə məğlub edib. Oyunun 28-ci dəqiqəsində “Atletiko” klubunun hücumçusu Antuan Qrizman rəqibin qapısına təyin olunan penaltini qola çevirib.Günün ilk qarşılaşmasında isə Almaniyanın digər təmsilçisi “Borussiya” öz meydanında Fransanın “Monako” klubuna 2:3 hesabi ilə məğlub olub.Xatırladaq ki, aprelin 11-də keçirilən dörddəbir final mərhələsinin ilk oyununda “Yuventus” komandası doğma meydanda “Barselona”nın qapısından üç cavabsız top keçirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…