Oktyabrın 1-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.Azərtac xəbər verir ki, turun erkən başlayan oyunlarından biri çempionluğa iddialı İspaniyanın “Real Madrid” və Belçikanın “Brügge” klubları arasında olub.Görüş gözlənilmədən 2:2 hesabı ilə heç-heçə başa çatıb.Oyunda hesabı erkən qolla qonaqlar açıb. Matçın doqquzuncu dəqiqəsində Emmanuel Dennis fərqlənib. Qoldan 30 dəqiqə sonra E.Dennis yenidən fərqlənib.Birinci hissə 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.Fasilədən sonra madridlilər qollardan birinin əvəzin çıxıblar. Serxio Ramos Kərim Benzemanın cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbə vurub – 1:2.Matçın 84-cü dəqiqəsində “Brügge” azlıqda qalıb. İkinci sarı vərəqəsini alan Rud Vormer meydandan kənarlaşdırılıb.Məğlub olmamaq üçün irəli atılan “Real Madrid” oyunun başa çatmasına dörd dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. Kazemiro adını tabloya yazdırıb – 2:2.Qalan dəqiqələrdə “Real Madrid” cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Real Madrid” ardıcıl iki dəfə qələbə qazana bilmir. Belə ki, ispanlar ilk turda Fransanın “Paris Sen-Jermen” klubuna səfərdə böyük hesabla məğlub olmuşdu- 3:0“Brügge” isə öz meydanında Türkiyənin “Qalatasaray” komandası ilə heç-heçə edib.Günün digər erkən başlayan oyununda “Atalanta” (İtaliya) öz meydanında “Şaxtyor” (Ukrayna) klubuna 2:1 hesabı ilə məğlub olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…