“Real Madrid” klubu baş məşqçi axtarışına başlayıb

11 Yanvar 2018 11:20

Xəbər 888 dəfə oxunub

“Real Madrid” futbol klubu yeni baş məşqçi axtarışına başlayıb.“Soy Madridista” portalı xəbər verir ki, Madrid təmsilçisi Almaniya millisinin baş məşqçisi Yoaxim Lövlə danışıqlara start verib.“Real Madrid” klubunun rəhbərliyi Lövün Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatından sonra komandanın sükanı arxasına keçməsinə çalışır.Baş məşqçi dəyişikliyi barədə Madrid klubunun hazırki çalışdırıcısı Zinəddin Zidana da məlumat verilib.Qeyd edək ki, Yoaxim Lövün Almaniya millisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.xeber100.com