Madridin “Real” klubu belçikalı qapıçı Tibo Kurtua və braziliyalı yarımmüdafiəçi Vilyama görə Londonun “Çelsi” klubuna 100 milyon funt (112 milyon avro) ödəməyə hazırdır.Azərtac Madrid klubunun rəsmi saytına istinadla xəbər verir ki, T.Kurtua “kral klubu”na razılıq verib. Əgər “Çelsi” klubu avqustun 9-na kimi (transfer pəncərəsinin bağlanma günü) Tibo Kurtua üçün əvəzləyici tapsa qapıçı “Real” klubuna transfer oluna bilər.T.Kurtua 2014-cü ildən “Çelsi” klubunun şərəfini qoruyur. O, London klubunun heyətində 126 oyun çıxıb, 71 oyunda qapısını toxunulmaz saxlayıb.Vilyam 2013-cü ildən “Çelsi” klubunun formasını geyinir. Keçən mövsüm İngiltərə Premyer Liqasında 55 oyun start heyətdə meydana çıxan braziliyalı 13 dəfə fərqlənib və 8 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında Tibo mundialın ən yaxşı qapıçısı “Qızıl əlcək” mükafatı alıb. Vilyamın komandası Braziliya millisi isə dörddəbir final mərhələsində Belçikaya məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…