Dünyanın və İspaniyanın futbol nəhəngi “Real Madrid” klubunun rəhbərliyi Yaxın Şərqdə satışa çıxardığı formaların üzərindəki loqodan xaç işarəsinin çıxarılması barədə qərar qəbul edib.Azərtac xəbər verir ki, klub rəhbərliyinin qərarında Yaxın Şərqin müsəlman əhalisinin bu məsələ ilə əlaqədar həssaslığı nəzərə alınıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Marka” firması ilə razılığa gələn “Real Madrid” klubu öz məhsullarını yeni əməkdaşlıq vasitəsilə bu ölkə ilə yanaşı, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və İordaniyada satışa çıxaracaq.Bu, Madrid klubunun 1908-ci ildən bəri istifadə etdiyi loqodan xaç işarəsini çıxardığı ikinci haldır. Belə ki, “Real Madrid” klubu “Emirates” şirkəti ilə sponsorluğa dair 2014-cü ildə Əbu-Dabi Milli Bankı ilə imzaladığı müqaviləyə əsasən loqodakı xaç işarəsini götürmüşdü.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…