“Real Madrid” klubunun baş məşqçisi istefaya göndərilib

29 Oktyabr 2018 11:08

Xəbər 724 dəfə oxunub

Oktyabrın 29-da İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Yulen Lopeteqi istefaya göndərilib.Azərtac İspaniyanın “Marca” nəşrinə istinadla xəbər verir ki, bu haqda La Liqanın 10-cu turunda “Barselona”ya böyük hesablı məğlubiyyətdən sonra (5:1) klubun prezidenti Flarentino Peres deyib. O, “kral” klubun yeni baş məşqçisinin adında açıqlayıb. Bu İngiltərənin “Çelsi” komandasının sabiq çalışdırıcısı Antonio Kontedir. İtaliyalı mütəxəssisin rəsmi təqdimetmə mərasimi bu gün keçiriləcək müşahidə şurasının iclasından sonra elan olunacaq.xeber100.com