“Real Madrid” klubunun rəhbərliyi heyətlə bağlı qərarını verib

27 Dekabr 2021 15:03

Xəbər 595 dəfə oxunub

İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi növbəti il üçün heyətlə bağlı qərarını verib.Xarici KİV xəbər verir ki, Qaret Beyl və İsko ilə yollarını ayırmaq qərarına gələn klub rəhbərliyi Eden Hazar, Mariano Dias və Luka Yoviçlə danışıqlar aparmaq niyyətindədir.Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.Məlumatda qeyd olunub ki, “Real Madrid”in yanvarda açılacaq transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək imkanı yoxdur. Bu səbəbdən klub yeni oyunçu almağı 2022-ci ilin yayına planlaşdırır.xeber100.com