“Real Madrid” və “Barselona” komandaları üz-üzə gəliblər

16 Oktyabr 2022 11:59

Xəbər 266 dəfə oxunub

Bu gün növbəti “El Klasiko” oynanılıb.“Real Madrid” və “Barselona” komandaları La Liqanın doqquzuncu turunda üz-üzə gəliblər.Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıblar. Kərim Benzema 12-ci dəqiqədə “Real Madrid”i hesabda önə çıxarıb. Görüşün 35-ci dəqiqəsində Federiko Valverde hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində “Barselona”nın futbolçusu Ferran Torres fərqlənib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real Madrid”ə 3:1 hesablı qələbə qazandırıb.Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla turnir cədvəlində birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.xeber100.com