İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında bir komandanın heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb.TASS-a agentliyi xəbər verir ki, onun ən yaxın izləyicisi olan “Barselona”nın futbolçusu Lionel Messinin hesabında 97 qol var.Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Real” və Fransanın PSJ komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldo dubla imza atıb.Portuqaliyalı hücumçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun bəs edib. O, İngiltərənin “Mançester Yunayted” klubundan “Real”a 2009-cu ilin yayında keçib. Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. Ronaldo turnir tarixinin ən yaxşı bombardiridir.Həmçinin Ronaldo yeddi mövsüm ardarda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011-2012-ci il mövsümündə 10, 2012-2013–cü il mövsümündə 11, 2013-2014 –cü il mövsümündə 17, 2014-2015-ci illərdə 10, 2015-2016-cı il mövsümündə 17, 2016-2017-ci il mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.Qeyd edək ki, Ronaldo dörd dəfə Çempionlar Liqası, Avropa çempionu, beş dəfə “Qızıl top”, İspaniya və İngiltərə çempionu, İspaniya və İngiltərə kubok və superkubokunun sahibi, klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…