“Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi müqaviləsini yeniləyəcək

11 Yanvar 2022 14:34

Xəbər 403 dəfə oxunub

“Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç klubu ilə müqaviləsini yeniləyəcək.Xarici KİV xəbər verir ki, yaxın vaxtlarda tərəflər hazırkı müqaviləni bir il yarım müddətinə – 2023-cü ilin yayınadək uzadacaqlar.Otuz altı yaşlı yarımmüdafiəçinin klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.Cari mövsüm L.Modriç “Real Madrid”in heyətində 20 oyun keçirib və 5 məhsuldar ötürmə edib.xeber100.com