Noyabrın 29-da “Recexpo III” sərgisi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Daşınnaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir.Azərtac xəbər verir ki, Bakı Ekspo Mərkəzində təşkil olunan konfransda Almaniya, Yunanıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Portuqaliya, İspaniya və digər ölkələrin dövlət qurumlarının, eləcə də xarici ölkələrin ölkəmizdəki səfirliklərinin, beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi iştirak edir.Konfransın məqsədi daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir. Həmçinin ölkəmizdəki özəlləşmə imkanlarının və perspektivlərinin nümayişi, yerli və xarici investor kütləsinin özəlləşmə prosesinə cəlb edilməsi də tədbirin məqsədlərindəndir.Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar son nəticədə makroiqtisadi göstəricilərin, habelə ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Bu məqsədlə genişmiqyaslı islahatlar həyata keçirilir. Nəticədə investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması təmin edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…