“Red Bull Racing” komandası qələbə dubluna imza atıb

12 İyun 2022 15:28

Xəbər 296 dəfə oxunub

“Red Bull Racing” komandası Formula 1 Azərbaycan Qran-Prisində qələbə dubluna imza atıb.Formula 1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı mərhələsində Avstriya komandasının hər iki pilotu podiumda yer alıb. Belə ki, Maks Ferstappen yarışın qalibi olsa da, onun komanda yoldaşı Serxio Peres yürüşü ikinci pillədə tamamlayıb. Bu, komandanın cari mövsümdə üçüncü belə uğurudur. Komanda tarixində 20 dəfə qələbə dublu sevinci yaşayıb.Qeyd edək ki, ilk üçlüyü “Mercedes”in pilotu Corc Rassel qapayıb.xeber100.com