İmişlidə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunan ümumxalq səsverməsinə (referenduma) hazırlıq işləri başa çatıb. Azərtac xəbər verir ki, 79 saylı İmişli seçki dairəsində 43 seçki məntəqəsi təşkil edilib. Seçici siyahıları dəqiqləşdirilib və 40 min 325 seçicinin adı siyahıya daxil edilib. Dairə üzrə ümumxalq səsverməsində 286 gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə günü yaşı 100-dən yuxarı 2 seçici səsvermədə iştirak edəcək. Dairənin əhatə etdiyi bütün məntəqələr zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi, rabitə və yanğın təhlükəsizliyi ilə təchiz olunub. Maarifləndirici plakatlar və seçici siyahıları məntəqələrdə hamının tanış ola biləcəyi yerlərdən asılıb. Seçicilərin ümumxalq səsvermə günü öz mövqelərini sərbəst şəkildə bildirilməsi üçün məntəqələrdə kabinələr qoyulub. Dairə və məntəqələrdə seçki komissiyası üzvlərinin maarifləndirilməsi və səriştələrinin artırılması üçün lazımi işlər aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…