Avqustun 31-də Bakıda “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib. MSK sədri qeyd edib ki, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir. Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…