Heydər Əliyev Fondunun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) daha bir regional mərkəzi yaradılıb. Şəki şəhərində ictimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə keçirilən iclasda RİİB sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri və ötən müddət ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, İctimai Birliyin başlıca məqsədi vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoq yaratmaq, ictimai nəzarət mexanizmini gücləndirmək, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək verməkdir. Qeyd olunub ki, təşkilatın bu günədək Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Aran-1, Aran-2 regional mərkəzləri yaradılıb. Yeni fəaliyyətə başlayan Şəki Regional Mərkəzi isə Şəki, Qəbələ, Zaqatala, Qax, Oğuz, Balakən rayonlarını əhatə edəcək. Regional mərkəz Şəki şəhərində yerləşəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…