Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşəbbüsü ilə Şəkidəki İ.Nakam adına mərkəzi kitabxanada “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda interaktiv seminar keçirilib. Tədbirdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin nümayəndələri və təhsilalanlar iştirak ediblər. BXA-dan Azərtac-a bildiriblər ki, seminarda bu ali təhsil müəssisəsinin bakalavriat və magistratura şöbəsinin müdiri Apdin Əlizadə, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə Xoreoqrafiya Akademiyasının fəaliyyəti, keçdiyi tarixi inkişaf yolu, uğur və nailiyyətləri, buradakı tədris prosesi barədə məlumat veriblər. Qeyd olunub ki, cari tədris ilində BXA-da ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı, sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində ixtisas saylarının artırılması, musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır. Tədbirdə suallar cavablandırılıb, bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…