Mayın 27-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə 28 may – Respublika Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səslənib. DİA-nın rektoru, akademik Urxan Ələkbərov dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışıb. Akademik müstəqilliyimizi yenidən bərpa etdiyimiz günlərdə rastlaşdığımız maneələri, təhlükələri xatırladıb. O, ümummilli lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasəti, bugünkü yüksək davamlı inkişafa nail olmağımızın əsaslarını qeyd edib. Rektor, Prezident İlham Əliyevin ölkənin tərəqqisi, xalqın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açıb. Konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və geosiyasi vəziyyət”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə politoloji baxış”, “Azərbaycan Xalq Cümhuriyyətinin parlament təcrübəsi” mövzularında məruzələr dinlənib, müzakirələr aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…