Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mehmanxana və restoran biznesi kafedrasının təşəbbüsü ilə “Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi” mövzusunda seminar-təlim keçirilib. ATMU-dan Azərtac-a bildiriblər ki, Latviyanın Restoran Biznesi Mərkəzinin baş direktoru, restoran sənayesi üzrə təlimçi Aynars Bunkeviçsin keçirdiyi seminar universitetin turizm və qonaqpərvərlik fakültəsində təhsil alan tələbələr və Bakı Turizm Peşə Məktəbinin şagirdləri üçün nəzərdə tutulub. Tədbirdə ölkənin restoran biznesi üzrə tanınan mütəxəssisləri iştirak ediblər. Üç gün davam edən tədbirin keçirilməsinin əsas məqsədi restoranda xidmətin düzgün təşkili qaydaları və müvafiq sahənin incəlikləri barədə bilgiləri aşılamaq olub. Seminarın səmərəli fəaliyyətindən razı qalan iştirakçılar gələcəkdə mütəxəssis səviyyəsində işgüzar görüşlərin təşkili məsələsinə müsbət münasibət bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…