ABŞ-ın elektromobil istehsalçısı “Tesla” 2025-ci ilin ortalarında işçi adı “Redwood” olan yeni modelini istehsal etməyi planlaşdırır.
Reuters agentliyi xəbər verir ki, elektromobil geniş kütlə üçün nəzərdə tutulan “kompakt krossover” olacaq.
“Redwood” elektrokarının start qiymətinin təxminən 25 min dollar olacağı gözlənilir. Onun qiyməti kompaniyaya 2023-cü ilin son rübündə satışlarda “Tesla” elektromobillərini qabaqlayan BYD kimi Çin kompaniyaları ilə rəqabət aparmağa imkan verəcək. Kompaniya həftədə bu modeldən olan təxminən 10 min elektromobil istehsal etmək niyyətindədir.
Xatırladaq ki, 2023-cü ilin noyabrında kompaniyanın sahibi İlon Mask Şimali Amerikada elektrik mühərriki ilə işləyən yeni “Cybertruck” pikapının satışının başladığını elan edib. Onun başlanğıc qiyməti 61 min dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…