“Reuters” agentliyinin məlumatına görə…

7 İyun 2018 11:37

Xəbər 651 dəfə oxunub

Avstraliya Olimpiya Komitəsinin (AOK) prezidenti Con Koates federasiyanı medal planından imtina etməyə çağıran üzgüçülük üzrə beşqat Olimpiya çempionu Yan Torpun çıxışını şərh edib. “Reuters” agentliyi xəbər verir ki, Koates medal planlarının idmançılar üçün zərərli olduğu barədə Torpun fikirləri ilə razılaşıb.Koates deyib: “AOK və Yanın mövqeləri tamamilə üst-üstə düşür. 2016-cı ilin noyabrında AOK rəhbərliyi qərara gəlib ki, 2018-ci il Pxençan Qış və 2020-ci il Tokio Yay Olimpiya oyunlarında medal planları ləğv edilsin. Yanın söylədiyi mülahizələrdən çıxış edərək, biz medal qazanılması üzrə plan qoyulmasından imtina edirik”.xeber100.com