Əfqanıstanda ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbəsi nəticəsində azı 3 nəfər yerli polis əməkdaşı həyatını itirib, 2 nəfər isə yaralanıb.Reuters informasiya agentliyi xəbər verir ki, Kabil şəhərindəki ABŞ komandanlığının məlumatına əsasən, hava zərbələri Əfqanıstanın cənubundakı Hilmənd əyalətində keçirilən əməliyyat çərçivəsində endirilib.Əfqanıstan və ABŞ-ın hökumət orqanları insidentin təhqiqatına başlayıb.Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…