“Reuters”: Mərakeşdə 7 bal gücündə zəlzələ olub

12 Sentyabr 2023 13:28

Xəbər 44 dəfə oxunub

Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2862 nəfərə çatıb. Bu barədə “Reuters” Mərakeş dövlət televiziyasına istinadla məlumat yayıb.

Bildirilib ki, yaralananların sayı 2562 nəfərdir. Müxtəlif ölkələrin axtarış-xilasetmə qrupları və təcili yardım xidmətləri binaların dağıntıları altında qalanların axtarışlarını davam etdirir.

Sentyabrın 11-də 2681 nəfərin öldüyü, 2501 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, sentyabrın 8-də Mərakeş Krallığında güclü zəlzələ baş verib. Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri El Haouz əyalətində yerləşən İgil bölgəsində olub. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.xeber100.com

 

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59