“Reuters” xəbər agentliyinin məlumatına əsasən, Makedoniyanın Baş naziri Zoran Zaev ölkəsinin Yunanıstanla uzunsürən münaqişəsinə son vermək üçün ölkə adını dəyişdirməyə hazır olduğunu bildirib.Azərtac xəbər verir ki, Baş nazir iki ölkə arasında baş tutacaq danışıqların səmərəli keçməsinə ümid etdiyini vurğulayıb. Bildirilir ki, iki dövlətin diplomatları yeni adlar siyahısında Şimali Makedoniya, Yeni Makedoniya, Yuxarı Makedoniya adlarını müzakirə edəcəklər. Bundan öncə xəbər verilirdi ki, ölkənin yeni adı referendumda müəyyənləşdiriləcək.Makedoniya hökumətinin sözçüsü Mile Boşnjakovskinin Assosiated Press agentliyinə verdiyi məlumata əsasən, artıq hökumət Skopye aeroportunun adını dəyişərək “Skopye Beynəlxalq” aeroportu adlandırıb. Əvvəl aeroport Skopye “Makedoniyalı İsgəndər” adlanırdı. Eyni zamanda, hökumət əsas magistralın adını dəyişərək “Prijatelstvo” (Dostluq) təyin edib.Qeyd edək ki, Makedoniya və Yunanıstan birincinin adının dəyişdirilməsi zəminində uzun illərdir münaqişədədir. Yunanıstanın Makedoniyanın adının dəyişdirilməsi istəyinin əsas səbəbi Yunanıstanın bu adda bölgəsinin olmasıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…