ABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları nəticəsində zərərçəkmiş şəxsləriə hücumların təşkilində əlaqəli hesab olunan Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib. “Reuters”in verdiyi xəbərə görə, “Terrorçuluğun sponsorlarına qarşı olan ədalət” qanunu senatorlar tərəfindən təsdiqləndikdən sonra sənəd Konqresin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minməsi üçün sənəd prezident Barak Obama tərəfindən təsdiqlənməlidir. ğ Ev məsələ ilə əlaqədar dəfələrlə sənədin prezident tərəfindən imzalanmayacağı bildirib. Ağ Ev qeyd edib ki, qanunun qəbulu ölkə üçün “unikal təhlükə” yaradacaq, çünki bu, digər ölkələr üçün ABŞ-a qarşı iddia qaldırmaq imkanı yaradacaq. Qeyd edək ki, ABŞ-ın xarici borcunda 116,8 mlrd dollar paya malik olan Səudiyyə Ərəbistanı bundan əvvəl qeyd olunan qanunun hazırlanması ilə əlaqədar ABŞ-a öz narazılığını bildirib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adel əl-Cübeyr bir müddət əvvəl qeyd olunan qanunun qəbul olunacağı təqdirdə ölkənin ABŞ-dakı 750 mlrd dollar dəyərində aktivlərinin satışa çıxarılacağı ilə hədələmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…