“Revmatoloji xəstəliklərin müasir diaqnostika metodları”…

20 Aprel 2017 14:22

Xəbər 1081 dəfə oxunub

Revmatoloji xəstəliklərin 200-dən çox nozoloji vahidi var və ən aktual problemlərdən sayılır. Təkcə ABŞ-da revmatik xəstəliklərə çəkilən xərclər hipertoniya və şəkərli diabet xəstəliyinə çəkilən xərclərdən beş-altı dəfə çoxdur. Dünyanın hər yerində revmatoid artrit xəstəliyinə rast gəlinir. Hazırda tətbiq edilən müasir müalicə metodları vasitəsilə xəstəliyi tez aşkar etmək olur.Tibb Universitetinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, universitetin Tədris Terapevtik Klinikasında “Revmatoloji xəstəliklərin müasir diaqnostika və müalicə metodları” mövzusunda keçirilən konfransda bu barədə danışılıb.Konfransı giriş sözü ilə açan direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev revmatoloji xəstəliklərin yalnız tibbi deyil, həm də sosioloji problem olduğunu bildirib və onun yayılma arealından bəhs edib.Klinikanın revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev “Revmatoloji xəstəliklərdə xroniki ağrı sindromun müalicəsi” mövzusunda danışarkən deyib: “Dünya əhalisinin təqribən 1,2 faizi bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda isə təqribən 100 mindən nəfərdən artıq revmatoid artritli xəstə var.Revmatik xəstəliklərdə ağrıların nozoloji vahidlərinə gəlincə, burada birinci yeri bel, ikinci yeri belin aşağı hissəsi və dizdə olan ağrılar tutur.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05