Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın qrafikasına keçid haqqında fərman imzalayıb.RİA Novosti agentliyi xəbər verir ki, sənədə əsasən, yeni əlifbaya keçid 2025-ci ilədək mərhələli şəkildə həyata keçiriləcək.Prezident latın qrafikası əsasında hazırlanmış və 32 hərfdən ibarət olan Qazax əlifbasını təsdiqləyib. Xatırladaq ki, kiril qrafikalı Qazaxıstan əlifbasında 42 hərf var.Latın qrafikasına keçidlə bağlı tapşırıq Prezident Nursultan Nazarbayev tərəfindən 2017-ci ilin aprelində verilmişdi. Bu məqsədlə ümumxalq müzakirələri aparılmış və müvafiq layihə hazırlanmışdı.Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevin sözlərinə görə, latın qrafikasına keçmək qərarı heç bir siyasi motivlə əlaqəli deyil.Bu gün postsovet məkanında latın qrafikasından Baltikyanı ölkələrdə, habelə türkdilli ölkələr olan Azərbaycan, Türkmənistan və Özbəkistanda istifadə olunur. Qırğızıstan parlamentinin deputatları latın qrafikasına keçmək haqqında məsələ qaldırsalar da, Prezident Almazbek Atambayev buna qarşı çıxıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…