Filippində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb. RİA Novosti agentliyinin məlumatına görə, bundan əvvəl 10 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi. Ölkə prezidenti Rodriqo Duterte partlayışın terror aktı olduğunu bildirib. Partlayış ötən gün Davao şəhərindəki bazarın yaxınlığında törədilib. Davao paytaxt Maniladan sonra Filippinin ikinci ən iri şəhəridir. Rodriqo Duterte prezident seçilməmişdən əvvəl 22 ildən çox adıçəkilən şəhərin meri olub. Qeyd edək ki, Filippində “Əl Qaidə”nin yerli qanadı olan “Əbu Səyyaf” qruplaşması 20 ildir ki, fəaliyyət göstərir. 2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan ölmüşdü.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…