Bu gün Peruda prezident seçkilərinin ikinci turuna start verilib. RİA Novosti agentliyinin verdiyi məlumata görə, prezident postu uğrunda həbs cəzasına məhkum edilmiş sabiq prezident Alberto Fuxumorinin qızı, sağ-mərkəzçi Keyko Fuxumori və texnokrat, sabiq baş nazir və sabiq iqtisadiyyat naziri Pedro Kuçinski mübarizə aparır. Seçki məntəqələri yerli vaxtla saat 8.00-da (Bakı vaxtı ilə 17.00) açılıb. Seçici siyahısında 23 milyon nəfərin adı var. Qeyd edək ki, aprelin 10-da keçirilən seçkinin birinci turunda qalib müəyyənləşməyib. K. Fuxumori 40 faiz səs toplayıb və qalibiyyət üçün vacib olan 50 faiz səs baryerini keçə bilməyib. P. Kuçinski isə 21 faiz səslə ikinci yerdə qərarlaşıb. Müşahidəçilər son rəy sorğularına əsasən K. Fuxumori və P. Kuçinskinin qələbə şanslarının bərabərləşdiyini, K. Fuxumorinin az fərqlə öndə olduğunu bildirirlər. Ona görə də hazırda seçkinin qalibinin kim olacağını heç Kim dəqiq proqnozlaşdıra bilmir. Seçkilərdən bir neçə gün əvvəl ilk turda üçüncü yerdə qərarlaşmış Veronika Mendosa öz tərəfdarlarını K. Fuxumorinin əleyhinə səs verməyə çağırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…