Fransa Milli Məclisi deputatlarının parlament dinləmələrində pencək geyinməsi və qalstuk taxması məcburi deyil. Bu barədə parlamentin aşağı palata bürosunun cümə axşamı günü yayılmış məlumatında deyilir.RİA Novosti informasiya agentliyi xəbər verir ki, kişi deputatların məcburi qaydada pencək geyinməsi və qalstuk taxması məsələsinə dünən Milli Məclisin ali kollegial orqanında baxılıb. Buna iyunun sonlarında ənənəyə son qoyaraq parlamentin yeni tərkibinin ilk sessiyasına nümayişkaranə şəkildə pencəksiz və qalstuksuz gələn “Fəth olunmamış Fransa” fraksiyası deputatlarının hərəkəti səbəb olub. Onların bu sərbəst davranışı bir sıra siyasətçilər tərəfindən tənqid edilib. Prezidentliyə sabiq namizəd Jak-Lyük Melanşonun “Fəth olunmamış Fransa” partiyası iyun seçkilərinin nəticələrinə görə ilk dəfə parlamentə keçə bilib.“Büro xatırladır ki, heç bir nizamnamə sənədində deputatların geyimi məsələsinə toxunulmur və onların üzərinə iclas salonunda pencək geymək, qalstuk taxmaq məsuliyyəti qoyulmur”, – büronun məruzəsində belə deyilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…