Londonun minlərlə sakini Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasına etiraz əlaməti olaraq şəhərin mərkəzinə toplaşıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, təşkilatçılar iyunun 23-də keçirilən referendumun nəticələrindən narazı qalan 40 min nəfərin Britaniya paytaxtının mərkəzindən keçərək parlament binasına tərəf gedəcəklərini bildirib. Londonda analoji aksiya bir neçə gün bundan əvvəl də keçirilmişdi. O vaxt “Trafalqar” meydanında nəzərdə tutulan nümayış təhlükəsizlik səbəbindən ləğv edilsə də, iştirakçıların əksəriyyəti yürüşə qatılmışdı. “Avropa naminə yürüş” adlanan bugünkü aksiyada referendumda Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verən vətəndaşlar, o cümlədən məmurlar, siyasətçilər, biznes nümayəndələri və ictimai təşkilatlar iştirak ediblər. Paytaxt polisinin verdiyi məlumata əsasən, aksiyanın gedişində heç bir qanun pozuntuna rast gəlinməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…