Seçənlər kollegiyası səsvermənin ikinci turunda da Estoniya prezidentini seçə bilməyib. Belə ki, iki namizədin heç biri – vəkil Allar Yıks və hakim İslahatçı Partiyanın fəxri sədri, Avropa Komissiyasının sabiq vitse-prezidenti Siym Kallas bu turda da qələbə üçün lazım olan miqdarda səs toplaya bilməyib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, ikinci turda Kallas 138 səs, Yıks isə 134 səs yığa bilib. Bu isə prezident seçilmək üçün kifayət etməyib. Ölkə qanunlarına görə, bundan sonra 14 gün ərzində parlamentin növbədənkənar iclası çağırılmalı və seçki proseduru yenidən başlamalıdır. Estoniyada prezident seçkilərinin ikisəviyyəli sistemi fəaliyyət göstərir: əvvəlcə dövlət başçısını parlamentdə seçməyə cəhd göstərirlər. Namizədlərdən heç biri burada lazımi miqdarda səs yığa bilməsə, seçkilər seçənlər kollegiyasında davam etdirilir. Kollegiyaya parlamentin 101 deputatı və yerli idarəetmənin 234 nümayəndəsi, ümumilikdə 335 nəfər daxildir. Xatırladaq ki, Estoniyanın müstəqilliyi bərpa olunduqdan sonra prezidenti parlamentdə yalnız iki dəfə – 1992 və 2011-ci illərdə seçmək mümkün olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…