Rio-2016-da yeni rekord müəyyənləşib

10 Avqust 2016 14:03

Xəbər 827 dəfə oxunub

Apasport.az saytının məlumatına görə, çinli ağırlıqqaldıran Denq Vey Braziliyadakı Olimpiya Oyunlarında iki dünya rekordu qıran ilk idmançı olub. 63 kq çəki dərəcəsində çıxış edən xanım atlet həm təkanla qaldırma, həm də yekun nəticədə dünya rekordu müəyyənləşdirib. Onadək ikinci hərəkətdə 147 kq qaldıran idmançı olmamışdı ki, asiyalının yekunda topladığı 262 kq nəticəsi də planetin ən yüksək göstəricisidi. Ümumilikdə isə Rio-2016-dakı dünya rekordlarının sayı 9-a çatıb. Bunlardan 5-i üzgüçülük, 3-ü ağırlıqqaldırma, 1-i isə kamandan oxatmada qeydə alınıb. İndiyədək 7 ölkə təmsilçisi Rioda dünya rekordu ilə fərqlənib ki, yalnız çinlilərin hesabında 3 belə nailiyyət var. Digər 6 ölkə idmançıları isə 1 rekord müəllifidi. Qeyd edək ki, 9 dünya rekordundan 6-sı qadın, 3-ü kişilərin hesabındadı.

Rio-2016-da dünya rekordları

5 avqust

Kamandan oxatma, kişilər

Vujin Kim (Cənubi Koreya) – 700

6 avqust

Üzgüçülük, qadınlar, 400 m, kompleks

Katinka Hosszu (Macarıstan) – 4.26,36

7 avqust

Üzgüçülük, qadınlar, 4×100 m, sərbəst üsulla

Avstraliya – 3.30,65

Ağırlıqqaldırma

Kişilər, 56 kq

Qinqquan Lonq (Çin) – 307 kq

Üzgüçülük, qadınlar, 100 m, batterflyay

Sara Syostrom (İsveç) – 55,48

Üzgüçülük, kişilər, 100 m, brass

Adam Peti (Böyük Britaniya) – 57,13

Üzgüçülük, qadınlar, 400 m, sərbəst üsul

Katelin Ledeki (ABŞ) – 3.56,46

9 avqust

Ağırlıqqaldırma, qadınlar, 63 kq, yekun

Denq Vey (Çin) – 262 kq

Ağırlıqqaldırma, qadınlar, 63 kq, təkanla qaldırma

Denq Vey (Çin) – 147 kq

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02