Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın beş təmsilçisi mübarizə aparacaq. Azərtac xəbər verir ki, avqustun 14-də atletlərimiz idmanın üç – yunan-Roma güləşi, velosiped və boks növündə yarışacaqlar. Avropa Oyunlarının qalibi, son dünya çempionatının beşincisi Elvin Mürsəliyev (75 kq) birinci görüşündə 1/16 finalda misirli Mahmud Fevzi Rəşad Sebye ilə gücünü sınayacaq. Azərbaycan güləşçilərindən Rio Olimpiadasına ilk vəsiqəni Las-Veqasdakı dünya çempionatında məhz Elvin Mürsəliyev qazanmışdı. Daha sonra 59 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçilərimizdən Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı Rövşən Bayramov döşək üzərinə çıxacaq. R.Bayramovun 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. Bu görüşdə üstün olan idmançı növbəti mərhələdə Mahadi El Messaudi (Mərakeş)-Xese David Tielke (ABŞ) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…