Mayin 26-da Bakıda “Gələcəyə baxış: Azərbaycan bank sektorunun üzləşdiyi risklər və çağırışlar” mövzusunda “Risklərin idarə edilməsi forumu–2016” öz işinə başlayıb. Azərtac xəbər verir ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri Rüfət Mahmud çıxışında dünya iqtisadiyyatında baş verən qlobal maliyyə böhranının Azərbaycan maliyyə bazarından da yan keçmədiyini diqqətə çatdırıb. Bildirib ki, son vaxtlar ARPA tərəfindən təşkil olunan tədbirlərdə ölkədə baş verən mühüm hadisələr müzakirə olunur. ARPA bu hadisələrdən kənarda qalmır. Bugünkü forumda iştirak edən yerli və beynəlxalq təşkilatların nümayəndələri risklərin idarə olunmasında dünya təcrübəsini müzakirə edəcəklər. Rusiyanın Risklərin Olunması Cəmiyyətinin prezidenti Viktor Vereşagin “Risklərin idarə olunmasında müasir Avropa və Rusiya təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Forumda “Banklar və real sektor: Risklər və perspektivlər”, “Banklarda hüquqi risklər və əminliyə nəzarətin vacibliyinin artması”, “Bank sektorunda risklərin idarə edilməsi standartları”, “Devalvasiya və onun real və maliyyə sektorlarına təsiri” mövzusunda məruzələr dinləniləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…