Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib

10 İyul 2021 22:27

Xəbər 130 dəfə oxunub

İyulun 10-da Türkiyə vaxtı ilə saat 17:43-də (Bakı vaxtı ilə saat 18:43) İzmir vilayətinin Karaburun rayonunda Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yeraltı təkanın episentri 7.06 kilometr dərinlikdə qeydə alınıb.Ətraf vilayətlərdə də hiss edilən zəlzələnin nəticəsi barədə hələ ki, informasiya yoxdur.xeber100.com