Sentyabrın 27-də futbol üzrə Türkiyə Superliqasının VI turunun ilk qarşılaşmasında “Rizəspor” səfərdə “Başakşəhər”in qonağı olub.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüş maraqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı ilk hissənin 19-cu dəqiqəsində İstanbul klubunun hücumçusu Daniyel Aleksis açıb. Meydan sahibləri 33-cü dəqiqədə bir daha fərqləniblər. Fredrik Gulbrandsen hesabı ikiyə çatdırıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 73-cü dəqiqəsində Daniyel Aleksis özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. “Başakşəhər” 87-ci dəqiqədə hesab arasındakı fərqi dördə çatdırıblar. Enzo Kriveli çərçivəni dəqiq nişan alıb. Lakin bu da oyunda son qol olmayıb. İstanbullular 91-ci dəqiqədə İrfan Qəhvəcinin qolu ilə hesabı 5:0 çatdırıblar. Beləliklə “Başakşəhər” doğma meydanda “Rizəspor”u darmadağın edib. Bu oyundan sonra “Başakşəhər” çempionatda 8 xalla 6-cı pillədə qərarlaşıb.Turun digər qarşılaşmaları bu gün və sentyabrın 29-30-da keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…