“Rolan Qarros” turnirinin təsnifat mərhələsi təşkil olunacaq

2 İyul 2020 13:33

Xəbər 1014 dəfə oxunub

Fransanın Mets şəhərində keçirilməsi nəzərdə tutulan “Moselle Open” tennis turniri təxirə salınıb.Azərtac xəbər verir ki, təqvimə görə, turnir sentyabrın 20-27-də keçirilməli idi. Lakin həmin vaxt “Rolan Qarros” turnirinin təsnifat mərhələsi təşkil olunacaq. Bu səbəbdən turnir 2021-ci ildə keçiriləcək.Turnirin hazırkı qalibi fransalı Jo-Vilfrid Tsonqadır.Qeyd edək ki, Metsdə dekabrın 4-5-də nümayiş xarakterli tennis turnirinin təşkil olunması nəzərdə tutulub.xeber100.com