“Roma” klubunun rəhbərliyi yeni müqavilə hazırlayır

8 May 2018 14:40

Xəbər 1308 dəfə oxunub

“Roma” futbol klubu qapıçısı Alisson Bekkeri heyətində saxlamaq istəyir.Azərtac xəbər verir ki, klub rəhbərliyi futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır. Müqavilə 2023-cü ilin yayınadək nəzərdə tutulub.Yeni müqaviləyə əsasən, futbolçunun məvacibi artacaq. Belə ki, Bekker ilinə 3 milyon avro əldə edəcək.xeber100.com