Fevralın 10-da Romada güləş üzrə Avropa çempionatı start götürüb.Azərtac xəbər verir ki, çempionatda mübarizə aparan yunan-Roma güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Eldəniz Əzizli (55 kq) ermənistanlı Rudik Mkrtaçyan, Murad Bazarov (60 kq) İtaliya təmsilçisi Yakopo Sandron, Taleh Məmmədov (63 kq) rusiyalı İbrahim Labazanov, İslambek Dadov Macarıstan təmsilçisi Kristian İştvan Vança, Ülvü Qənizadə (72 kq) bolqarıstanlı Stoyan Stoyçev Kubatov, Sənan Süleymanov (77 kq) Bolqarıstan güləşçisi Aik Mnatsakanyan, Rafiq Hüseynov (82 kq) Niderland idmançısı Tirone Sterkenburq, İslam Abbasov (87 kq) belaruslu Kiril Maskeviç, Orxan Nuriyev (97 kq) polşalı Tadeuş Mixalik, Sabah Şəriəti Ermənistan təmsilçisi David Ovasapyan ilə qarşılaşacaqlar.Yarışın proqramına əsasən, fevralın 10-dan 12-dək yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Ayın 12-14-də qadın pəhləvanlar xalça üzərinə çıxacaqlar. Fevralın 14-dən 16-dək isə sərbəst güləşçilər güclərini sınayacaqlar.Yunan-Roma güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanovun, böyük məşqçi Rövşən Bayramovun və məşqçi Akif Əliyevin rəhbərliyi altında yarışacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…