Rumıniya hökuməti Yeni il və Milad bayramlarında COVID məhdudiyyətlərini yumşaltmağı planlaşdırır. Eyni zamanda, ölkə koronavirusun “omikron” ştamına görə giriş qaydalarını sərtləşdirmək niyyətindədir.Buxarest hökuməti pandemiyanın dördüncü dalğasının ölkəyə ağır zərbə vurduqda tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasını müzakirə edir. Müzakirələrin nəticəsi olaraq Yeni il və Milad şənliklərinə icazə verilə bilər. Lakin ölkə “omikron” ştamına görə giriş qaydalarını da sərtləşdirməyi planlaşdırır. Belə ki, dekabrın 24, 25, 31 və yanvarın 1-də mağazalar və restoranlar saat 22:00 kimi işləyəcək, ticarət mərkəzlərinə giriş yalnız peyvənd sertifikatları deyil eyni zamanda neqativ PCR testi ilə də mümkün olacaq. Fövqəladə Hallar üzrə Milli Komitə hökumətin iclasında müzakirə olunacaq təklifləri verib. Hökumət, həmçinin yeni səyahət qaydalarını, xüsusən də peyvənd olunmamış, sağalmış və Aİ-nin qırmızı siyahısına düşmüş ölkələrdən gələn insanlar üçün məcburi karantin rejimini tətbiq etməyi nəzərdən keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…