ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya əleyhinə sanksiyaların ləğvi üçün lazım olan sənədləri hazırlayıb. Bu barədə “Atlantic Council” analitik mərkəzinin əməkdaşı Fabris Potye özünün “Twitter” səhifəsində bildirib.Xarici KİV-lər xəbər verir ki, ABŞ-ın “Politico” nəşrinin əməkdaşı Süzen Qlasser də Ağ evin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin ləğvinə hazırlıq görməsi barədə informasiyanı təsdiqləyib.Xatırladaq ki, 2014-cü ildə Ukraynada yaranan vəziyyətlə əlaqədar Rusiya və Qərb arasında münasibətlər korlanıb. Avropa İttifaqı ölkələri, ABŞ və Kanada əvvəlcə fiziki şəxslərə qarşı fərdi sanksiyalar tətbiq etsə də, sonradan iqtisadiyyatın bütöv sahələrini əhatə edən sektoral məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Buna cavab olaraq Rusiya da sanksiyalara qoşulan ölkələrdən ərzaq məhsullarının idxalını məhdudlaşdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…